29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
7 Yanvar 2025 11:23
8 876
Ərdəbil əyalətinin Xiyav şəhərinin (Meşkinşəhr) mis mədəninin ətrafındakı Cəbdərə kəndi və digər kəndlərin sakinləri mədəninin ərazidə qanunsuz fəaliyyət göstərməsinə və ətraf mühitin dağıdılmasına, habelə Cavad İsmayılzadə adlı etirazçılardan birinin həbsinə etiraz olaraq Xiyav şəhər prokurorluğunun qarşısına toplaşıblar.
Gunaz.tv
Dünən ətraf kəndlərin sakinləri mədənin kommunikasiya yollarını bağlayıb, mədən işçilərinin fəaliyyətinə mane olub və onları mədəni bağlamağa məcbur ediblər.
Mis mədəninin qeyri-standart fəaliyyəti Cəbdərə , Ağ Dərə, Tübnə, Hacılı, Dost Bəyli, Kolanlı və Sahib Divan kəndlərinin əhalisinin narahatlığına səbəb olub.
Bu mədənin hasilatı və fəaliyyəti baş ofisi İsfahanda olan "Ba Ma Holding" adlı özəl şirkət tərəfindən həyata keçirilir. Adı çəkilən şirkət Qərbi Azərbaycandakı Tikan Təpə qızıl mədəninin də sahibidir. Bu şirkətin qanunsuz fəaliyyətinə etiraz edən Tikan Təpə şəhərinin sakinləri bu şirkətin sifarişi ilə həbs və təzyiqlərə məruz qalırlar.
Qeyd edək ki, belə mədənlərin qeyri-standart və qeyri-ekoloji fəaliyyəti bölgənin kənd təsərrüfatına və ətraf mühitə ciddi ziyan vurur.
Xatırladaq ki, bu mis mədəninin sərbəst işləyə bilməsi üçün tarixi Ərşəq qalası da dağıdılmışdır.
Son bir neçə ildə Xiyav mis mədəninə qonşu olan kəndlərin sakinləri bu mədənin zərərli fəaliyyətinin qarşısını almaq üçün şəhərin idarə və orqanlarına müraciət etsələr də heç bir nəticə əldə edə bilməyiblər.
Bu məqsədlə Cəbdərə və Tübnə kənd sakinlərietiraz eyləmləri təşkil etsələr də onlar rejim rəsmiləri tərəfindən telefonla təhdid edilmiş və kənd sakinləri Cavad İsmayılzadə, Kazım Əlizadə və Cəlil Şirzadə həbs edilmişdir.
28 Avqust 10:48
1 652
25 Avqust 11:15
2 807
25 Avqust 11:13
2 702