Qarabağda bərpa olunan irs: Azərbaycanın multikultural siyasəti dünya üçün nümunədir
Qida təhlükəsizliyində yeni dövr: rəqəmsal izləmə, beynəlxalq standartlar və sərt nəzarət
Azərbaycan mürəkkəb geosiyasi proseslərdən Zəfərlə çıxmağı bacarıb
Azərbaycançılıq məfkurəsi və azad olunmuş ərazilərdə yeni diplomatik reallıqlar
BRICS sammiti: İnkişaf etməkdə olan iqtisadiyyatlar alternativ qlobal çərçivələr axtarışındadır
6 Noyabr 2019 10:56
23 891
Türkiyənin Çorum vilayətində 48 ölkənin iştirakı ilə keçirilən yeniyetmələrin Şahmat Olimpiadasında ilk dəfə Azərbaycan şahmatçıları komanda yarışında Çempion olaraq qızıl medallara sahib olublar. Komandamız son turda Çin komandasını 2,5-1,5 hesabı ilə qalib gəlib. Qələbə xalını komandamıza Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşı Elşən Sülymanlının övladı Aydın Süleymanlı gətirib. Belə ki, Aydın Süleymanlı 9 oyundan 7 xal toplayaraq 5 qələbə xalı əldə edib.
Daima Korporativ Sosial Məsuliyyət layihələrində aktiv iştirak edən Veysəloğlu Şirkətlər Qrupu 8 yaşından yerli və beynəlxalq yarışlarda iştirak edən Aydın Süleymanlıya həm maddi, həm də mənəvi dəstək olub. Aydın Süleymanlı isə bu etimadı yüksək nəticələr əldə edərək doğruldub.
Qeyd edək ki, Aydın Süleymanlı 12 oktyabrda Hindistanın Mumbai şəhərində 14,16 və 18 yaşlı şahmatçılar arasında keçirilən Dünya Çempionatında birinciliyi əldə edib.
Veysəloğlu Şirkətlər Qrupu yeniyetmələrdən ibarət milli komandamızın bu uğuru ilə qürur duyur, onları təbrik edir və yeni nailiyyətlər arzu edir.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA