Katz İrana zərbələri gücləndirmək əmri verib
27 Mart 15:59
27 Mart 15:59
27 Mart 13:45
16 İyun 2022 11:24
3 521
İyunun 20-dən etibarən nəqliyyat vasitələrində tibbi maskdadan istifadə məcburi olmayacaq.
Gürcüstan mətbuatı xəbər verir ki, bu barədə Qərar Gürcüstan hökuməti tərəfindən Səhiyyə Nazirliyi və bu sahə üzrə mütəxəssislərin tövsiyəsi əsasında ölkədəki stabil epidemioloji vəziyyət nəzərə alınaraq qəbul edilib.
İşğal Olunmuş Ərazilərdən olan Məcburi Köçkünlərin Əmək, Səhiyyə və Sosial Məsələlər nazirinin müavini Tamar Qabunianın sözlərinə görə, tibb müəssisələrində maskadan istifadə məcburi olaraq qalır, avtobuslar, mikroavtobuslar və insanların çox olduğu digər yerlərdə isə yalnız tövsiyə olaraq qalacaq.
“Kovidlə əlaqədar olaraq epidemiloji vəziyyətin sabitləşməsi fonunda iyunun 20-dən etibarən nəqliyyat vasitələrində tibbi maskaların istifadəsi məcburi olmayacaq. Maskaların istifadəsi ilə əlaqədar tövsiyyələrə əməl etmək xroniki xəstəlikləri olan insanlar üçün vacibdir. Maskadan istifadə yalnız tibb müəssisələrində məcburi olaraq qalacaq", - deyə Qabunia bildirib.
Cavid
27 Mart 17:03
1 078
27 Mart 16:59
1 169
27 Mart 16:57
1 106