9 Sentyabr 23:45
9 Sentyabr 23:12
Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib
Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Dövlət Agentliyi: Bu il haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb
Xocalı rayonunda mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
6 Mart 2023 12:54
3 619
“İranın nüvə istiqamətindəki inkişafı ən çox İsraili narahat edir. İsrail illər boyu Qərb ölkələrini Tehrana inanmamağa çağırıb”. Xalqcəbhəsi.az xəbər verir ki bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxn Şahinoğlu deyib. Onun sözlərinə görə, İsrail İranın nüvə silahı əldə etməsinə seyrçi qalmayacağını bəyan edib: “Çünki Tel-Əviv bilir ki, İranın nüvə silahı İsrailə tuşlanacaq. İsrailin baş naziri Benyamin Netanyahu bir neçə gün əvvəl ABŞ dövlət katibi Entoni Blinkenlə İranın nüvə silahı mövsuzu ətrafında fikir mübadiləsi aparıb. Blinken özü də bu mövzunu Münhen Təhlükəsizlik Konfransında avropalı tərəfdaşlarıyla müzakirə edib. Məsələ burasındadır ki, İrandakı dairələr uranın zənginləşdirilməsinin indiki rəqəmləri ilə də nüvə silahı əldə edə bilərlər. Misal üçün ABŞ-ın 1945-ci ildə Yaponiyanın şəhərlərinə atdığı atom bombaları uranın 80 faiz zənginləşdirilməsindən əldə edilmişdi”.