26 Dekabr 21:04
26 Dekabr 20:22
26 Dekabr 19:20
16 May 2023 10:42
2 443
Gürcüstan parlamenti “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna dəyişiklik layihəsini qeydə alıb.
"Xalq Cəbhəsi" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, dəyişikliyə əsasən 2024-cü ilin sonuna qədər Rusiya vətəndaşlarına daşınmaz əmlak satışının qadağan edilməsi nəzərdə tutulur.
“Qanun layihəsində bildirilir ki, 31 dekabr 2024-cü il tarixinədək Gürcüstanda yaşamaq icazəsi olmayan Rusiya vətəndaşları tərəfindən alqı-satqı müqaviləsi və ya hədiyyə yolu ilə daşınmaz əmlak obyektlərinin alınması qadağandır.
Qeyd olunur ki, qadağa vəsiyyət əsasında daşınmaz əmlak alacaq rusiyalılara şamil edilmir.
Qanun layihəsini Parlamentə "Vahid Milli Hərəkat" partiyasından ayrılan deputatlar - Roman Qotsiridze və Xatiya Dekanoidze təqdim edib.
Xatırladaq ki, Rusiya vətəndaşları Gürcüstanda 2022-ci ildə 6 mindən çox, 2023-cü ilin birinci rübündə isə 2 mindən çox mənzil alıblar.
Cavid
26 Dekabr 18:00
1 267
26 Dekabr 17:39
1 246
26 Dekabr 16:24
1 239