IV Bakı Təhlükəsizlik Forumu: ümumi mənzərə və mühüm amillər
23 Sentyabr 23:37
23 Sentyabr 23:37
23 Sentyabr 23:29
23 Sentyabr 23:17
11 Oktyabr 2024 23:48
3 465
ABŞ-nin Florida ştatında “Milton” qasırğası səbəbindən yaşayış mühitindən çıxmış timsahlar küçələrdə və evlərdə görünüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” bildirib.
“Florida sakinləri "Milton" qasırğasından sonra bərpa işləri apararkən su basmış küçələrdə, həyətlərdə və hətta evlərində gözlənilməz qonaqlarla – evlərini tərk etmiş vəhşi heyvanlarla qarşılaşırlar. Cümə axşamı səhər saatlarında Tampada bir evin artırmasında dincələn timsah videoya çəkilib. Başqa bir timsah isə qasırğa zamanı Nort-Fort-Mayers yaşayış məntəqəsində su basmış ərazidən keçən avtomobilin təkərinə hücum çəkib”, – məlumatda deyilir.
Xatırladaq ki, “Milton” qasırğası çərşənbə axşamı gecə saatlarında Floridanın mərkəzi qərb sahillərinə çataraq Saffir-Simpson şkalası üzrə 3-cü kateqoriyaya çatıb. Qasırğadan əvvəl ştatın ərazisindən bir neçə tornado keçib ki, bu da əlavə dağıntılara səbəb olub. Hazırda 16 nəfərin öldüyü məlumdur.
23 Sentyabr 23:14
483
23 Sentyabr 23:10
434
23 Sentyabr 18:54
756

