Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
6 Noyabr 2024 08:25
3 311
Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna əsgərlərinin cəbhədə Şimali Koreya əsgərləri ilə qarşı-qarşıya gəldiyini təsdiqləyib.
Türkiyə mətbuatı xəbər verir ki, Zelenski bunu, məsələ ilə bağlı mətbuata açıqlaması zamanı deyib.
“Şimali Koreya əsgərləri ilə ilk toqquşmalar dünyada yeni qeyri-sabitlik səhifəsi açdı”, - deyən Zelenski Şimali Koreya əsgərlərinin Rusiyaya göndərilməsinə reaksiya verən hər kəsə təşəkkürünü bildirib.
Beynəlxalq ictimaiyyəti Ukraynanı dəstəkləməyə çağıran Zelenski Rusiyanın müharibəni genişləndirmək üçün atdığı bu addımı uğursuzluğa düçar etmək üçün hər şeyi edəcəklərini deyib.
Qeyd edə ki, Ukraynanın müdafiə naziri Rustəm Umerov dünən verdiyi açıqlamada Ukrayna və Şimali Koreya əsgərlərinin cəbhədə üz-üzə gəldiyini təsdiqləmişdi.