Hamiləliyə və doğuşa görə ödənişli məzuniyyətin müddətinin uzadılma qaydası müəyyənləşib
Əmək və sosial müdafiə sahəsində görülən işlər və builki hədəflər müzakirə edilib
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişib
Miqrasiya işçilərinin geyimi ilə bağlı normalara dəyişiklik edildi
1 Dekabr 2025 15:43
2 464
ABŞ prezidenti Donald Trampın Venesuelaya qoşun göndərmək planı yoxdur.
Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ-ın respublikaçı senatoru Markveyn Mullin CNN-ə açıqlamasında deyib.
"Xeyr, o, açıq şəkildə bildirib: Venesuelaya qoşun göndərmək planımız yoxdur. Biz sadəcə sahillərimizi qorumağa çalışırıq", - deyə senator müxbirin Vaşinqtonun Karakasa hücum planları ilə bağlı sualına cavab olaraq bildirib. O qeyd edib ki, Amerika lideri yalnız Venesuela üzərindəki hava məkanının bağlandığını elan edib.
Mullin əlavə edib ki, ABŞ-ın hərəkətləri Bolivar respublikasının xalqına qarşı yönəlməyib.
Vaşinqton Karakası narkotik qaçaqmalçılığı ilə mübarizədə kifayət qədər fəal olmamaqda günahlandırır. “The New York Times” yazır ki, Tramp MKİ-yə Venesuelada məxfi əməliyyatlar aparmaq səlahiyyəti verib. Amerika KİV-ləri dəfələrlə xəbər veriblər ki, Birləşmiş Ştatlar tezliklə respublika ərazisinə zərbələr endirməyə başlaya bilər.
Məryəm Quliyeva