3 Dekabr 2025 12:53
3 220
ABŞ prezidenti Donald Tramp dekabrın 1-də İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında sonuncunu Suriyaya qarşı hərbi eskalasiyadan çəkinməyə və ölkənin hazırkı rəhbərliyini təhrik etməməyə çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerika və İsrail mənbələrinə istinadən Axios portalı məlumat yayıb.
Portalın məlumatına görə, Tramp Netanyahunu Suriyanın yeni hakimiyyət orqanlarının İsraillə gələcək dialoqa konstruktiv sadiq olduqlarına inandırmağa cəhd edib. Yəhudi dövlətinin tələsik hərbi əməliyyatı bu vəziyyəti dəyişə və Suriyanın mövqeyini sərtləşdirə bilər. Qeyd olunur ki, Trampla söhbətdən sonra Netanyahu mövqeyini ən azı şifahi olaraq yumşaldıb.
Bundan başqa, Axiosun da qeyd etdiyi kimi, ABŞ prezidenti Netanyahunu Qəzza zolağında münaqişənin həllinin əsas prinsiplərinə daha çox sadiq olmağa çağırıb. Bu, anklavın İsrailin nəzarətində olan ərazisində qalan radikal Fələstin hərəkatı HƏMAS silahlı tərəfdarlarının təslim olmasına icazə verilməsini əhatə edir.
Məryəm Quliyeva
10:35
938
25 Mart 18:25
1 407
25 Mart 15:09
1 365