16:30
931
Baş danışıqçı Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin də daxil olduğu İran nümayəndə heyəti Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə ABŞ ilə mümkün razılaşma ilə bağlı məsləhətləşmələr aparmaq üçün Dohaya gəlib.
Xalqcebhesi.az xəbər verir ki, "Reuters" agentliyinin mənbəyə istinadən verdiyi məlumata görə, səfərin məqsədi münaqişəyə son qoymaq yollarını müzakirə etməkdir. Onun sözlərinə görə, məsləhətləşmələr əsasən Hörmüz boğazı ətrafındakı vəziyyət və İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarına yönələcək.
Agentliyin mənbəsi əlavə edib ki, nümayəndə heyətinə İran Mərkəzi Bankının rəhbəri də daxil olub. Onun yekun razılaşmanın bir hissəsi olaraq İran aktivlərinin dondurulmasının mümkün ləğvi ilə bağlı müzakirələrdə iştirak edəcəyi gözlənilir.
Məryəm Quliyeva