Avropa Məhkəməsi "Google"un 4,1 milyard avroluq cərimə ilə bağlı şikayətini rədd edib Gündəm

Avropa Məhkəməsi "Google"un 4,1 milyard avroluq cərimə ilə bağlı şikayətini rədd edib

Avropa Məhkəməsi "Google" şirkətinin və onun ana şirkəti "Alphabet"in bazarda dominant mövqedən sui-istifadə etdiyinə görə Avropa Komissiyası tərəfindən kəsilən 4,1 milyard avro məbləğindəki cəriməyə qarşı qaldırdığı iddianı rədd edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə məhkəmənin qərarında deyilir.

"Google şirkətinin iddiası rədd edilib, beləliklə, "Android" əməliyyat sistemində dominant mövqedən sui-istifadəyə görə tətbiq edilən cərimənin əsaslı olduğu təsdiqlənib", — deyə məhkəmənin qərarında bildirilir.

İlkin olaraq cərimə 2022-ci ildə Avropa Komissiyası tərəfindən 4,4 milyard avro məbləğində təyin edilmişdi, sonradan "Google" məhkəmə yolu ilə bu məbləği 4,1 milyard avroya qədər azalda bilmişdi.

Məryəm Quliyeva