09:04
602
ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailin Livanda ehtimal edilən daimi hərbi mövcudluğunu dəstəkləmir, çünki bu, əldə olunmuş razılaşmaları pozur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid ABŞ Dövlət Departamentinin rəsmisinə istinadən məlumat verib.
"Tramp administrasiyası İsrailin Müdafiə naziri İsrael Katzın Cənubi Livanın İsrail tərəfindən işğalının saxlanılması ilə bağlı bəyanatlarını tənqid edərək, onun şərhlərinin öhdəliklərə zidd olduğunu vurğulayıb", — deyə o, X sosial şəbəkəsində yazıb.
Ravidin vurğuladığına görə, ABŞ bütün tərəflərin imzaladıqları müqaviləyə əməl edəcəyini gözləyir. Öz növbəsində, İsrail Müdafiə Qüvvələrinin Livanın cənubunda olması razılaşmanın şərtləri ilə bir araya sığmır.
Jurnalistin mənbəsi bildirib ki, Vaşinqton Livanın ərazi bütövlüyünə tam hörmətlə yanaşır. Tərəflərin iyun ayında imzaladığı sənəd "Hizbullah"ın tərksilah edilməsi və onun infrastrukturunun ləğv olunması şərti ilə qüvvələrin yenidən dislokasiyasını nəzərdə tutur.
Məryəm Quliyeva