Tramp nələr deyib? - Çavuşoğlu detalları açıqladı Dünya

Tramp nələr deyib? - Çavuşoğlu detalları açıqladı

Cənab Tramp bu məsələnin Obama dönəminin səhvi olduğunu dəfələrlə söyləyib, ancaq biz Tramp iş başına gəldiyi zaman da “Patriot” almaq niyyətimizi yazılı şəkildə ABŞ-a çatdırmışdıq. Bizə 6 ay sonra cavab gəldi. Günahı təkcə Obama dönəminin üzərinə atmayaq.
Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Donald Trampın G20 sammitində Türkiyənin “Patriot” sistemlərini ala bilmədiyi üçün S-400-lərə yönəlməsi barədə fikirlərinə münasibət bildirərkən deyib.
“Tramp dönəmində 2 il bizə cavab gəlmədi. Trampın bu açıqlamasının Konqresə təsir etdiyi görünür. Biz məsələni diplomatik yollarla həll etmək istəyirik. Biz S-400 alacağıq. Bu proses daha sakit bir mühitdə davam edir”, - XİN rəhbəri bildirib.
S-400-lərin hücum deyil, müdafiə sistemi olduğunu bildirən Çavuşoğlu sistemin təcili vəziyyət olduğu halda aktivləşəcəyini qeyd edib:
“Ehtiyac olmadığı halda S-400-lər niyə aktivləşdirilsin? Bir halda ki xərcləri olduqca yüksəkdir. Türkiyənin hava hücumundan müdafiə sisteminə ehtiyacı var. Ancaq NATO ölkələrindən xahiş edirik, NATO-nun bu barədə potensialı bəllidir. S-400 təcili vəziyyətdə istifadə olunacaq bir sistemdir”.
Çavuşoğlu həmçinin ABŞ Prezidenti Donald Trampın F-35 açıqlamasına da münasibət bildirib:
“Tramp F-35-lərlə bağlı fikrini açıq və qəti şəkildə söylədi. Görüş zamanı özü də dedi: “Belə şey olar? Bir ölkə F-35 layihəsində ortağımız olub, pulunu ödəsin, ancaq ala bilməsin?”. Hər şey Trampın dediyi kimi ola bilər, olacaq, ancaq təmkinli olmaq gərəkdir”.