Hulusi Akar Tahsin Ertuğruloğlu ilə görüşüb Dünya

Hulusi Akar Tahsin Ertuğruloğlu ilə görüşüb

Türkiyənin milli müdafiə naziri Hulusi Akar İstanbulda işgüzar səfərdə olan Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşüb.

"Xalq Cəbhəsi" xəbər verir ki, görüş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da açılış mərasimində iştirak etdiyi 15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF 21) çərçivəsində baş tutub. Görüşdə ikitərəfli və regional əməkdaşlıq, eləcə də təhlükəsizlik məsələləri müzakirə edilib.

Hulusi Akar, Kıbrıs Rum tərəfinin barışmaz mövqeyindən əl çəkməsinin vacibliyini vurğulayıb. O, illərdir sınanmış və uğursuz olan cəhdlər əvəzinə, suveren, bərabər və müstəqil iki dövlətli bir həll yolu tapmasının zəruriliyini bildirib.

Qeyd edək ki, xarici işlər naziri Ertuğruloğlu səfər çərçivəsində "Haber Global"da Pulse of the Day proqramının qonağı olub və Kiprlə bağlı mövcud durumu dəyərləndirib.

Cavid