Əfqanıstanda Milli Müqavimət Cəbhəsi ilə "Taliban" hərəkatı arasında danışıqlar olub Dünya

Əfqanıstanda Milli Müqavimət Cəbhəsi ilə "Taliban" hərəkatı arasında danışıqlar olub

Əfqanıstanda Milli Müqavimət Cəbhəsinin nümayəndələri ilə "Taliban" hərəkatının nümayəndə heyəti arasında ilk birbaşa danışıqlar keçirilib.

Bu barədə öz "Facebook" səhifəsində "Taliban"a tabe olmayan şimalın Pəncşir vilayətini təmsil edən Əbdül Hafiz Mənsur bildirib.

Onun sözlərinə görə, danışıqlar xoş mühitdə keçirilib: "Bu, ilk dəfədir ki, iki tərəfin nümayəndələri birbaşa dialoq aparıblar".

O əlavə edib ki, tərəflər bir-birinin mövqelərinə silahlı hücumların qarşısını almaq üçün sülh mövzusunda dialoqu davam etdirmək barədə razılığa gəliblər.