Katz İrana zərbələri gücləndirmək əmri verib
27 Mart 15:59
27 Mart 15:59
27 Mart 13:45
12 Yanvar 2022 08:37
5 271
Qazaxıstanda iğtişaşlar zamanı ziyan vurulan Almatı hava limanı texniki cəhətdən fəaliyyətini bərpa etməyə hazırdır.
Bu barədə sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbaev respublikanın yeni hökumətinin ilk iclasında deyib.
"Ölkədəki 20 hava limanından 18-i normal rejimdə işləyir. Almatı şəhəri və Taldıkorqan şəhərinin hava limanlarının fəaliyyəti dayandırılıb. Eyni zamanda, Almatı hava limanı fəaliyyətini bərpa etməyə texniki cəhətdən hazırdır, səlahiyyətli xüsusi qurumların müvafiq qərarı tələb olunur", - deyə nazir bildirib.
O, həmçinin qeyd edib ki, “bütün bölgələrdə şəhər avtobuslarının daşımaları, bütün dəmir yolu vağzalları, bütün sərnişin və yük qatarlarının hərəkəti tam bərpa olunub”. Həmçinin, onun sözlərinə görə, “respublika yollarında avtonəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət yoxdur”.
27 Mart 17:03
1 050
27 Mart 16:59
1 141
27 Mart 16:57
1 078