Qarabağda bərpa olunan irs: Azərbaycanın multikultural siyasəti dünya üçün nümunədir
Qida təhlükəsizliyində yeni dövr: rəqəmsal izləmə, beynəlxalq standartlar və sərt nəzarət
Azərbaycan mürəkkəb geosiyasi proseslərdən Zəfərlə çıxmağı bacarıb
Azərbaycançılıq məfkurəsi və azad olunmuş ərazilərdə yeni diplomatik reallıqlar
BRICS sammiti: İnkişaf etməkdə olan iqtisadiyyatlar alternativ qlobal çərçivələr axtarışındadır
2 Fevral 2022 08:44
3 283
ABŞ-ın "Pfizer" şirkəti və onun alman tərəfdaşı "BioNTech" altı aydan beş yaşa qədər uşaqlarda hazırladıqları koronavirusa qarşı peyvəndinin istifadəsi üçün ölkə hakimiyyətindən icazə istəyib.
Bu barədə "Pfizer" şirkətinin saytında bildirilib.
ABŞ Qida və Dərmanların keyfiyyətinə nəzarət üzrə İdarəsinə (FDA) beş yaşından kiçik uşaqlarda peyvəndin ilk iki dozasının təcili istifadəsinə dair sorğu təqdim olunub.
"Pfizer" şirkətinin rəhbəri Albert Burla qeyd edib: "COVID-19-a yoluxan beş yaşdan kiçik uşaqların xəstəxanaya yerləşdirilmələrinin sayı artdıqca, FDA ilə ortaq məqsədimiz infeksiyanın gələcək variantlarına hazırlaşmaq və valideynlərə uşaqlarını bu virusdan qorumaq üçün imkan yaratmaqdır".
Eyni zamanda o bildirib ki, infeksiyaya qarşı "yüksək səviyyəli qorunma" əldə etmək üçün uşaqlara peyvəndin üç dozası lazımdır.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA