Roma Papası uşaq vaxtı qəssab olmaq istədiyini deyib Dünya

Roma Papası uşaq vaxtı qəssab olmaq istədiyini deyib

Roma Papası Fransisk ilk dəfə İtaliyanın “RAI” dövlət televiziyasının üçüncü kanalında tok-şouda iştirak edib.

Pontifik bir sıra istək və arzularını dilə gətirib.
O, uşaqlıqda qəssab olmaq istədiyini söyləyib, həmçinin, sevimli yazıçısının Fyodor Dostoyevski olduğunu deyib.

Fransisk kimyaya olan həvəsindən tibb sahəsinə daha çox maraq göstərdiyini vurğulayıb.

O, yumor hissini sağlamlığa xeyirli olduğunu, insanlarla ünsiyyətdə olmağı çox sevdiyini deyib: “İnsanlara, dostlara ehtiyacım var. Dostlar mənə kömək edir, həyatımı bilirlər, dostlarla olmağı xoşlayıram. Dostlar mənə güc verir”.

Papa klassik musiqi və tanqonu sevdiyini də bildirib.