“Ölkədəki dini icmaların fəaliyyət siferası tədqiq ediləcək” Hadisə

“Ölkədəki dini icmaların fəaliyyət siferası tədqiq ediləcək”

İradə Əliyeva: "Bu gün ölkəmizdə dövlət qeydiyyatından keçən bir sıra dini icmalar var ki, onlar barəsində cəmiyyətdə kifayyət qədər məlumat yoxdur"

Zəngin Azərbaycan Uğrunda Mübarizə İctimai Birliyi (ZAUM) "Azərbaycanda fəaliyyət göstərən dini icmaların fəaliyyət siferasının öyrənilməsi, geniş ictimayyətin məlumatlandırılması" layihəsinin icrasına başlayıb. Bu haqda ZAUM-nın rəhbəri İradə Əliyeva məlumat verib. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən layihənin məqsədi Azərbaycanda və onun regionlarında yaşayan, fəaliyyət göstərən müxtəlif dini icmaların islam icması ilə mütəmadi dialoqların təşkil etməkdir. Eyni zamanda, məqsəd həmin icmaların dini müstəvidə demokratik baxışlarını ortaq məxrəcə gətirməkdir. İradə Əliyevanın fikrincə, bu gün ölkəmizdə dövlət qeydiyyatından keçən bir sıra dini icmalar var ki, onlar barəsində cəmiyyətdə kifayyət qədər məlumat yoxdur: "Rəsmi rəqəmlərə görə, bu istiqamətdə fəaliyyət göstərən təşkilatların sayı 510-dan çox olsa da cəmiyyətdə tanınan dini icmalar barmaqla sayılacaq qədərdir. Onu da qeyd etməliyik ki, fəaliyyət göstərən dini icmaların rəhbərliyi, orda təmsil olunanların kimliyi barəsində də dolğun informasiyanın olmaması cəmiyyətdə dini icmalara bağlı aydın təsəvvürün formalaşmasında müəyyən problemlər yaradır. Onu da qeyd edək ki, dini icmalarla bağlı məlumatlılığın az olması son zamanlar din çətiri altında müxtəlif mənsəblərə qulluq edənlərin fəaliyyətinin ifşa olunması prosesində müəyyən maneələr yaradır. Bu baxımdan hazırda ölkədə fəaliyyət göstərən dini cimaların fəaliyyət siferası barəsində cəmiyyətə geniş informasiya çatdırılmalıdır. Bu informasiyalarda dini icmaların qeydiyyatı, onların yerləşdiyi məkan, üzvləri, məqsəd və məramları öz əksini tapmalıdır". ZAUM-nın rəhbəri layihə çərçivəsində görüləcək işlərdən də danışıb: "Öncə ölkədə fəaliyyət göstərən dini icmalar araşdırılacaq. Hər bir icmanın fəaliyyət siferası öyrəniləcək, tədqiq ediləcək. İcma rəhbərliyi, burada təmsilçilik və üzvlər barəsində geniş ictimayyətə məlumat veriləcək. KİV-lərdə dini icmalarla bağlı məlumatlandırmanın artırılması işi aparılmaqla yanaşı, maarifləndirici vəsaitlər paylanacaq". Qeyd edək ki, layihənin həyata keçirilməsi üçün işçi heyyəti formalaşdırılacaq. Həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə əməkdaşlıq ediləcək.

Əli