Dilqəm Əsgərovdan məktub var Hadisə

Dilqəm Əsgərovdan məktub var

"Nazlım, sənin üçün çox darıxmışam"

Ermənilər tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov ailəsinə məktub yazıb.
Bu barədə girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.
D.Əsgərov məktubunda vəziyyətinin yaxşı olduğunu yazıb: "Narahat olmayın, vəziyyətim normaldır. Həbsxanada bizə su və çörək verirlər. Məndən hamıya salam deyin".
Kəlbəcər girovu kürəkəninə yazdığı məktubda nəvəsi üçün darıxdığını qeyd edib: "Nazlımı çox istəyirəm. Ona deyin ki, çox darıxmışam".
Xatırladaq ki, ötən ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb. Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
Qanunsuz "məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.