Kreml İstanbulda Rusiya-Ukrayna görüşünə dair xəbəri təsdiqləməyib
Hesablama Palatası və DVX arasında Anlaşma Memorandumu imzalanıb
Karapetyanın şirkəti “Ermənistan elektrik şəbəkələri”ni idarə etməkdən məhrum edilib
FHN təmsilçisi VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb
Litva NATO-dan zenit qaçaqmalçılığı qrupu yaratmağı xahiş edib
10 Sentyabr 2019 22:19
1 862
Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısı keçiriləcək. Tədbir 12-13 sentyabr tarixlərində “Park İNN” hotelində təşkil olunacaq.
Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə gerçəkləşəcək bu mötəbər tədbirdə Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsindən, o cümlədən Türkiyə, Hindistan, Banqladeş, Nepal, Kenya, Zimbabve, İraq, Kosovo, Makedoniya, Şri-Lanka, Tanzaniya, Uqandadan nümayəndələr, həmçinin ölkəmizin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri qatılacaqlar.
Toplantıda Azərbaycan rəsmiləri, BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların, o cümlədən yerli media qurumlarının rəhbərləri və ekspertlər də iştirak edəcəklər.
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv təşkilarların nümayəndələri öz ölkələrində söz azadlığı və medianın durumu, o cümlədən mövcud problemlərə dair məruzələrlə çıxış edəcəklər. Mövcud sahədəki tendensiylarla bağlı fikir mübadiləsinin aparılacağı toplantıda həmçinin. ekstremal vəziyyətlərdə və müharibə şəraitində jurnalistlərin davranışı ilə bağlı müzakirələrin getməsi də nəzərdə tutulur.