Səfirlik araşdırma aparır Hadisə

Səfirlik araşdırma aparır

Altay Əfəndiyev: "Basklar ölkəsinin parlamentinin Dağlıq Qarabağ üzrə qəbul etdiyi qətnaməni dəqiqləşdirir"

Azərbaycanın İspaniyadakı səfirliyi Basklar ölkəsi (İspaniyanın şimalında muxtar vilayət) parlamentinin Dağlıq Qarabağ üzrə qəbul etdiyi qətnamə ilə bağlı vəziyyəti öyrənir.
Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev bildirib ki, Basklar ölkəsi parlamentinin Dağlıq Qarabağ üzrə qəbul etdiyi qətnamə ilə bağlı KİV-in yaydığı məlumat tam dəqiq deyil: "Bundan başqa, qətnamənin hansı formada qəbul edilməsi, qondarma "Dağlıq Qarabağ Respublikası"nın öz müqəddəratını təyin etmək və ya müstəqil olmaq hüququnun tanınıb-tanınmaması aydın deyil".
Azərbaycan səfirliyi vəziyyəti öyrənmək üçün Basklar ölkəsi hökuməti və parlamenti, eləcə də İspaniya Xarici İşlər Nazirliyi ilə birgə işləyir. Qeyd edək ki, Basklar ölkəsi sentyabrın 12-də Dağlıq Qarabağ üzrə qətnamə qəbul edib.