Azərbaycanda indiyədək 1717 nəfər koronavirusa yoluxub, 1221 nəfər sağalıb, 22 nəfər vəfat edib Hadisə

Azərbaycanda indiyədək 1717 nəfər koronavirusa yoluxub, 1221 nəfər sağalıb, 22 nəfər vəfat edib

Hazırkı dövrədək ölkəmizdə 1717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Operativ Qərargahdan verilən məlumata görə, onlardan 1221 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib.
Məlumata görə, 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 22 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 132.640 test aparılıb.