16 Sentyabr 23:38
Lerikdə iri fermer təsərrüfatlarına və yeni meyvə bağlarına baxış keçirilib
Pakistan təhlükəsizlik qüvvələri Bəlucistanda antiterror əməliyyatı keçirib
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir
Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
15 May 2020 18:06
1 897
“Çağrı Mərkəzində çalışan 70 əməkdaşımız tərəfindən ötən həftə 1600-ə qədər məsləhət, psixoloji dəstək verilib”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, Türkiyədən gəlmiş həkim briqadası hazırda Gəncədədir, onlar ortaya çıxan problemlərin operativ həlli ilə məşğuldurlar.
TƏBİB-in İdarə Heyətinin sədri qeyd edib ki, xəstəlik ocaqlarında dezinfeksiya tədbirləri aparılır: “Bir çox zəruri tibbi avadanlıqların təchizatı, alınması davam edir. Pandemiya xəstəxanalarına 1753 tibb işçimiz səfərbər edilib. Növbəti həftələrdə modul tipli xəstəxanalar üçün də tibb heyəti hazırlayırıq. Bilavasitə koronavirus pandemiyası ilə mübarizə aparan tibb işçilərimizin sayı 3 min nəfərə çatacaq”.