Nizam Osmanov MN-də Baş İdarə rəisi vəzifəsinə təyin olunub Hadisə

Nizam Osmanov MN-də Baş İdarə rəisi vəzifəsinə təyin olunub

Azərbaycan Silahlı Qüvvələrinin Ordu Birliyinin komandiri, general-leytenant Nizam Osmanov vəzifəsindən azad olunub.
APA-nın məlumatına görə, onun yerinə general-mayor Hikmət Həsənov təyin edilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
"Silahlı Qüvvələrdə planlı surətdə həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, birlik komandiri vəzifəsinə general-mayor Hikmət Həsənov təyin olunub. Əvvəllər həmin vəzifədə çalışmış general-leytenant Nizam Osmanov isə Müdafiə Nazirliyində Baş İdarə rəisi vəzifəsinə təyin olunub", – deyə mətbuat xidmətinin məlumatında deyilir.