Yeni həmsədr vəzifəsinin icrasına başlayıb Siyasət

Yeni həmsədr vəzifəsinin icrasına başlayıb

ABŞ ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsinə Endrü Şoferi təyin edib.
Trend bu barədə ABŞ Dövlət Departamentinə istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, ABŞ Minsk qrupunun işinə sadiq qalır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün tərəflərə kömək göstərməyə davam edir, münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həll yolunu dəstəkləyir və Endrü Şofer tərəflərə bu məqsədlərə çatmağa kömək edəcək.
Məlumatda o da qeyd olunur ki, Azərbaycan və Ermənistan hökumətləri
səlahiyyətlərinin icrasına başlayan Endrü Şoferin təyinatı haqqında
məlumatlandırılıb.