“Putinin Ermənistanı iqtisadi sanksiyalarla hədələməsi də durumu dəyişməyəcək” Siyasət

“Putinin Ermənistanı iqtisadi sanksiyalarla hədələməsi də durumu dəyişməyəcək”

Politoloqun sözlərinə görə, Paşinyan hakmiyyətə gəlmədən öncə verdiyi sözləri tutmaqda davam edir: "O ölkəsini sürətlə Avropaya inteqrasiya etmək üçün çalışır. Hazırda Paşinyanın bir neçə qrup nümayəndə heyyəti və ekspertləri Avropa ölkələri ilə ciddi danışırlar aparır. Çox yaxın zamanda Avropa Birliyi ölkələri ilə viza rejiminin qaldırlmasının şahidi olacağıq. Ermənistan artıq NATO ölkəsi olmaq yolundadır. Təbii ki, uzun illər Rusiyanın tam təsir dairəsində olan Ermənistanın belə sürətlə ondan qopmasını sakit izləyə bilməyən Rusiya müəyyən "tədbirlər" görmək barədə düşünsə də hələ ki, bir qədər aciz gorünür.
Putinin həbsdə olan cinayətkar Koçaryanı yeni il münasibəti ilə təbrik etməsi eks-prezidentə nümişkaranə dəstək verməsi deməkdir. Bununla da Putin Paşinyana olan etimadsızlığını göstərir. Lakin mən bu təbriki qeyri-səmimi və aciz durumla əlaqələndirirəm. Putinin Ermənistanı iqtisadi sanksiyalarla hədələməsi də durumu dəyişməyəcək. Paşinyan Rusiyadan dəyən ziyanın kompensasiyasını qərbdən almaq qarantiyasını təmin etmiş kimi görünür".