Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə videokofrans keçirilib Siyasət

Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə videokofrans keçirilib

Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı Səfirliyinin və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə videokofrans keçirilib. Konfransda Türkiyənin Azərbaycandakı səfri Ərkan Özoral , səfirliyin əməkdaşları, millət vəkilləri, tarixci alimlər, lNuru Paşanın Gəncədə olan zaman iqamətgah etdiyi evin sahibi, Nağı bəyin qardaşl nəvəsi Arifə xamım Şeyxzamanlı, Kazım Karabekir Paşanın qızı Timsal xanım, millət vəkillərimiz, qardaş Türkiyənin ehtiyatda olan generalları , iki ölkənin QHT sədrləri, baş redaktorlar , jurnalistlər iştirak ediblər.
Konfrans Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin Xatirəsi 1 dəqiqəlik sükutla yad edilməsi ilə işinə başlayıb. Daha sonra Qafqaz İslam Ordusuna həsr olunmuş video rolik təqdim olunub. Tədbirin moderatoru, Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərovun konfrans haqqında qısa məlumatından sonra sözü Türkiyənin Azəbaycandakı səfiri cənab Erkan Özoral verib. Səfir əsrlərdən gələn Türkiyə-Azərbaycan münasibətləri, iki qardaş ölkənin birgə inkişaf yolu haqqında danışdı. Azərbaycan və Türkiyənin birlikdə keçirdiyi hərbi təlimlərdən, Hər iki ölkə prezidentlərinin 15 sentyabrla bağlı qarşılıqlı məktublarından danışıb.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Marifləndirmə İB-nin sədri Emin Həsənli çıxış edərək bildirib ki, Bakının işğaldan azad edilməsi tarixin ən böyük zəfərlərindən biridir. Qafqaz İslam Ordusunun qardaşlıq köməyi heç vaxt unudulmayacaq.
Kazım Karabəkir Paşanın qızı Timsal xanım atasının Naxçıvan , Qars və Təbrizdəki fəaliyyətindən bəhs edib. Türkiyə və Azərbaycan olaraq bu gün ətrafımızdakı atəş həlqəsinə qarşı eyni əzm və iradə ilə mübarizə aparmaqda qərarlı olduğumuzu bildirib. “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Türk Ocaqları başqanı Akif Aşırlı öz çıxışında Azərbaycan və Türkiyənin hər zaman olduğu kimi bundan sonra da “iki dövlət, bir millət” şüarı ilə irəliləyəcəyini deyib.
Daha sonra Türkiyə Ehtiyatda Olan Zabitlər Birliyinin sədri ehtiyatda olan general-leytenant Namıq Kamal Çalışkan Türkiyənin ehtiyatda olan zabitləri, hərbciləri və qazilərinin Qarabağ uğrunda döyüşə hazır olduqlarını bəyan edib.Türkiyənin ehtiyada olan general mayoru, 2011-13-cü ildə Bakıda hərbi atteşşe işləmiş Yusel Qarauz dövlətlərimizin əlaqələrinin qədim tarixə, mehriban dostluq münasibətlərinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib. Tarix elmlər doktoru Nəsiman Yaqublu Qafqaz İslam Ordusunun tarixi missiyasından bəhs edərək Nuru Paşanın Bakı şəhərində abidəsinin qoyulması təklifini irəli sürüb.
Bundan başqa, Nuru Paşanın Gəncə şəhərində iqamətgah etdiyi evin sahibi, Nağı bəyin qardaşı nəvəsi Arifə xanım Şeyxzamanlı, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının professoru, tarix elmləri doktoru, istefada olan polkovnik Mehman Süleymanov çıxış edibər.