30-dan çox erməni rusların müşayəti ilə məbədləri ziyarət edib Siyasət

30-dan çox erməni rusların müşayəti ilə məbədləri ziyarət edib

Qarabağdakı Rusiya sülhməramlı kontingentin hərbçiləri Amaras və Gəncəsər məbədlərinə gedən zəvvarları müşayiət ediblər.

"Xalq Cəbhəsi" erməni mətbuatına istinadən xəbər verir ki, rus hərbçiləri zəvvarların təhlükəsizliyini təmin ediblər.
Sülhməramlı kontingent zabiti Mark Yeqorçik bildirib ki, ümumilikdə, 50-dən çox adam müşayiət olunub.

Xəbərə görə, 30 nəfər üçün idarədən avtobuslar ayrılıb, qalanları isə Rusiya sülhməramlılarının müşayiəti ilə şəxsi nəqliyyat vasitəsi ilə səyahət ediblər.

İkinci marşrutda isə Gəncəsər məbədinə 40-dan çox dindar aparılıb.

Cavid