“Rusiya nüvə yarışını qızışdırır” Dünya

“Rusiya nüvə yarışını qızışdırır”

"Rusiya dünyada yeni nüvə yarışının başlanmasında günahkardır. Moskva həmçinin orta və yaxın mənzilli raketlərin məhv edilməsi barədə razılaşmanı pozur".
Bu barədə NATO baş katibi Yens Stoltenberq bəyan edib.
"Avropa Rusiyanın fəaliyyətinə görə narhatdır. Moskva dünyada yeni nüvə yarışının başlamasına səbəb olur", - deyə Stoltenberq bildirib.
O qeyd edib ki, Rusiyanın Kalininqrad bölgəsinə "İsgəndər" komplekslərini yelrəşdirməsi də buna səbəb olan hadisələrdən biridir.
Bununla belə, NATO baş katibi jurnalistlərdən birinin müqavilənin ABŞ tərəfindən Şərqi Avropada asanlıqla zərbə silahlarına çevrilə bilən raketdən müdafiə elementlərinin yerləşdirilməsi ilə orta və yaxın mənzilli raketlərin məhv edilməsi barədə razılaşmanı pozması barədə suala cavab verməkdən imtina edib.