Kremlin əmri ilə İrəvanda “edamlar” hazırlanır Dünya

Kremlin əmri ilə İrəvanda “edamlar” hazırlanır

Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistanın xarici siyasət kursu dəyişib. Bu sözləri gürcü politoloq Vladimir Çxvediani rusiyalı deputat Konstantin Zatulinin rəhbərliyi altında İrəvanda yeni "Lazarev klubu"nun açılışı və bunun Ermənistan cəmiyyətində, eləcə də mediasında yaratdığı fikir ayrılıqlarını şərh edərkən deyib.
"Məğlubların isterikası. Zatulin hətta Rusiyada belə artıq heç nəyi həll etmir. Bundan sonra daha pis olacaq. Rusiya öz Qafqaz siyasətinin uğursuzluğunu kiminsə ayağına yazmalıdır. Yəqin bunun üçün Zatulini seçiblər. Ona görə də o, isteriya keçirir", – deyə o bildirib.
Müsahib qeyd edir ki, "Lazarev klubu"nun əvvəlcədən müəyyən edilmiş mövzusuna rəğmən, Ermənistanın güc strukturları Müdafiə Nazirliyinin kiçik nümayəndə heyətini çıxmaq şərtilə tədbirə dəvət edilməyiblər: "Başqa nə etməliydilər? Ermənistan Müdafiə Nazirliyi artıq Rusiyanın geosiyasi rəqibi olan NATO-nun filialına çevrilib".
Politoloqun fikrincə, Ermənistan kursunu dəyişməklə özünün keçmiş təsir agentlərinə onların artıq yeni maliyyə mənbələri axtarmaq vaxtının çatdığını başa salıb. Belə ki, okeanın o tayından olan investisiyalar qərəzli şəxslərlə əməkdaşlığı tövsiyə etmir: "Ermənistanın taleyini Bakıda çox, Vaşinqtonda həll edəcəklər. Hələlik Vaşinqton sərt şəkildə "inqilabçı" ermənilərə toxunmağı qadağan edir. Azərbaycanın isə hətta Rusiyanın dəstəyi ilə belə ABŞ-a qarşı dayanacaq gücü yoxdur".
Son günlər Ermənistanda yaranan Paşinyan-Saakyan konfliktinə də münasibət bildirən politoloq Rusiyanın bu tərəflərdən hansısa birinə təzyiq etmək fikrində olmadığını söyləyib: "Erməni elitası daxilində ciddi konflikt yoxdur. Təbii ki, burada sahibin loyallığı üçün aparılan münaqişələri çıxmaq lazımdır. Sahib nə deyəcəksə, elə də olacaq".
Ekspert həmçinin bəzi qərbyönlü erməni siyasi xadimlərin Rusiyanın tərəfinə keçmək cəhdlərinin uğursuzluqla nəticələndiyini və bu işə cavabdeh olan şəxslərin Moskvanın əmri ilə "edamlarının" olacağını bildirib: "Rusiya təbliğatı istəmir ki, cəmiyyət Rusiya siyasətinin uğursuzluğuna böyük diqqət ayırsın. Ona görə də belə uğursuz eksperimenti aparan emissarların tam yox edilməsi gözlənilir".