Türk dövlətinin prezidentindən SENSASİYALI SÖZLƏR: Ermənilərlə böyük simpatiyam var və... Dünya

Türk dövlətinin prezidentindən SENSASİYALI SÖZLƏR: Ermənilərlə böyük simpatiyam var və...

Ermənistana böyük simpatiya ilə yanaşıram.
Axar.az xəbər verir ki, bunu “Ermənistanın səsi” qəzetinə açıqlamasında Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.
“Mən Ermənistana böyük simpatiya ilə yanaşıram, bir müddət əvvəl Nikol Paşinyanla görüşmüşəm. Yeri gəlmişkən, təxminən 5 dəqiqə sonra o mənə zəng etməlidir. Bizim Ermənistanla tarix və hətta dil baxımından ortaq nöqtələrimiz çoxdur. Ona görə də mən gələcək əməkdaşlığa optimist yanaşıram”, – deyə o bildirib.