Ukrayna siyasi kursu dəyişməyib Dünya

Ukrayna siyasi kursu dəyişməyib

Ukrayna prezidenti Zelinski prezident seçildikdən sonra ilk səfərini Brüsselə etdi. Zelinski Avropa Kommisiyasının sədri Jan Klod Yunker, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, NATO baş katibi Yens Stoltenberqlə görüşdü. NATO baş katibi ilə birgə keçirdiyi mətbuat konfransında Ukraynanın strateji seçiminin NATO olduğunu və NATO-nun Ukraynanın təhlükəsizliyi üçün xüsusi olduğunu qeyd etdi.

Ekspert Kamran Sultanlı qəzetimizə verdiyi açıqlamasında qeyd edib ki, Zelinski referendumdan sonra ölkəsinin NATO-ya üzv olacağına inandığını bildirib. O həmçinin rəsmi Kiyevin AvroAtlantik məkana tam inteqrasiya etmək üçün reformlara və korrupsiya ilə mübarizəyə davam edəcəklərini açıqladı. NATO baş katibi də öz növbəsində, Ukraynanın ərazi bütövlüyünə dəstək olduqlarını və Ukraynada demokratik proseslərə bundan sonra da dəstəkləyəciklərini açıqladı. Jurnalistin Ukrayna NATO-ya üzv olacaqmı sualına, Stoltenberq bunun Ukrayna hökümətindən və siyasələrindən aslı olduğunu qeyd etdi: “Təbii ki, NATO lideri burada Ukrayna daxilindəki qüvvələrə xitab edir. Son dövrlər Ukrayna parlamentində Kiyevin alyansa üzvlüyünə qarşı çıxan rusyönümlü qüvvələr silsilə çıxışlar edirlər. Ukraynanın eks prezidenti Poroşenko, Zelinskiyə Avroatlantik kursda dəstək olmağa hazır olduğunu açıqlayıb”.

Zelinski Brussel səfərindən sonra, Fransa və Almaniyaya səfər etdi. Fransa səfərində prezident Makronla görüşdü. Fransa Putinlə, Zelinskinin görüşünü təşkil edə biləcəyini açıqlayıb. Zelinski də öz növbəsində, Putinlə dialoqa hazır olduğunu, həbs edilmiş girovların təcili azad edilməli olduğunu qeyd edib. Berlin səfərində Almaniya Federal Kansleri Angela Merkel və Prezident Ştaymerlə görüşüb: “ Zelinski Şimal Axini 2-ni Ukrayna suverenliyi üçün təhlükə adlandırıb. Almaniyada bunu səsləndirməklə, Ukrayna lideri, xanım Merkelin diqqətinə çatdırmaq istəyir ki, bu lahiyə bizim maraqlarımıza ziddir və Avropa daha da Rusiyadan enerji aslılığını artıracaq. Hazırda ABŞ da, Şimal Axını 2-yə qarşı çıxır. Yaxında Zelinskinin, Vaşinqtona səfəri də gözlənilir. Almaniya kansleri Rusiyaya qarşı sanksiyaların azaldılmasının və ya ləğv edilməsinin yalnız Minsk formatının təmin edilməsindən sonra mümkün olacağını vurğulayıb”.

Ekspertin fikrincə, Ukrayna lideri Berlin səfərində NATO və AB-la bağlı danışıb və vurğulayıb ki, Ukraynada yoxsulluq və korrupsiya var, biz istəyirik ki bu istiqamətdə uğurlara nail olaq. Ukraynanı elə inkişaf etdirək ki, Ukrayna Qərbin layiqli və bərabərhüquqlu müttəfiqinə çevrilsin. O həmçinin Putinlə görüşündə Krımın və Luqansk, Donetskin Ukraynanın olduğunu qeyd edəcəyini və qarşılıqlı dialoqa inandığını qeyd edib: “Zelinskinin ilk səfərinin Avropadan başlaması, onu göstərir ki, rəsmi Kiyev, Avroatlantik inteqrasiyaya davam edir və kursu dəyişməyib. Əslində kursu dəyişmək heç də asan deyil. Zelinskinin Rusiya ilə dialoquna müsbət baxıram, lakin bunun uğurlu ola biləcəyini söyləmək çətindir. Çünki Kreml, Zelinskinin Poroşenkodan fərqlənmədiyini qeyd edir və güzəştə getmək istəmir . Yaxında Ukrayna lideri okeanın o tayına, Qərbin lideri ABŞ-a səfər edəcək. Bununla Zelinski Qərbyönümlü kursa sadiq olduğunu göstərir”.