Pakistanda məscid yaxınlığında baş verən partlayışda 15 nəfər həlak olub
Pakistan İrandan hüsilərin Səudiyyə Ərəbistanına hücumlarını dayandırmağı xahiş edib
Mənimsəmədə ittiham olunan sabiq hərbi vəzifəli şəxslərin məhkəməsi başlayıb
Avropa İttifaqı Əlişir Usmanovla bağlı sanksiya kompromisi axtarır
3 İyun 2022 15:02
4 354
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda “DAF” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarətindən keçərkən saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual edilib.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Şəxsi yoxlama zamanı vətəndaşın üzərindəki şalvarın sol cibində narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulan, divarlarında naməlum maddə izləri olan şəffaf şüşə kolba və idarə etdiyi avtomobilə məxsus qırmızı rəngli pultun daxilindəki mexanizmi çıxarılaraq, həmin boşluğa yerləşdirilmiş vəziyyətdə bir ədəd selofan bükümdə çəkisi 1,8 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
Xatırladaq ki, metamfetamin "Dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.