Hava limanlarında təhlükəsizlik gücləndirilib Hadisə

Hava limanlarında təhlükəsizlik gücləndirilib

Heydər Əliyev Beynəlxalq Hava Limanında, eləcə də Azərbaycanın regionlarındakı digər hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu barədə Trend-ə AZAL-dan məlumat verilib.
Qeyd edək ki, dünən Rusiya aviaşirkətləri uçuşların potensial olaraq təhlükəsiz olmadığı ölkələrin siyahısını alıblar.
Bu ölkənin Mülki Aviasiya Xidmətindən ("Rosaviasiya") daxil olan siyahıda 47 ölkənin adı yer alır. Onların arasında Azərbaycan da var.
Bu xəbərdarlıq Misirin Sina yarımadası üzərində İŞİD tərəfindən partladılan Rusiya sərnişin təyyarəsinə görədir. Şarm-əş-Şeyxdən Peterburqa uçan həmin təyyarəyə Misir aeroportunda partlayıcı qoyulduğu üzə çıxıb.
"İnterfaks"ın məlumatına görə, xəbərdarlıqda deyilir ki, aviaşirkətlər bu ölkələrə uçuşlar təşkil edərkən yüksək təhlükəsizlik tədbirləri görsünlər. Siyahıya daxil olan ölkələrin aeroportlarında su ehtiyatı və quru ərzaq götürməsinlər. Həmçinin aeroportların texniki xidmətləri ilə bağlı ehtiyatlı olsunlar.