17 Sentyabr 22:08
17 Sentyabr 21:35
17 Sentyabr 20:47
16 İyun 2023 16:53
3 199
Bakı. Trend:
“Google Chrome” veb brauzerində kritik boşluq (CVE-2023-3079) aşkarlanıb.
Trend Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadən xəbər verir ki, boşluğa “Chrome V8 JavaScript” mühərrikində növ qarışıqlığı zəifliyi (type confusion) səbəb olur.
Boşluğun uğurlu istifadəsi kiberdələduzun uzaqdan kod icra etməsinə və brauzerin fəaliyyətinin dayanmasına səbəb ola bilər. Boşluq “Windows”, “Mac” və “Linux” əməliyyat sistemlərində mövcud “Google Chrome” veb brauzerinə təsir göstərir.
“Windows” əməliyyat sisteminin istifadəçilərinə brauzeri “114.0.5735.110” versiyasına, “Mac” və “Linux” əməliyyat sistemlərinin istifadəçilərinə isə “114.0.5735.106” versiyasına yeniləmələri tövsiyə olunur.
08:38
308
08:37
308
17 Sentyabr 16:53
833