Böyük Britaniya ilə müxtəlif iqtisadi sahələrdə birgə fəaliyyətin təşviqi müzakirə edilib
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
Biznesin İnkişafı Fondu ASC-yə çevrilib, nizamnaməsi təsdiq edilib
Orta müddətli dövrdə dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısı dəyişib
“Yüksəliş” müsabiqəsinin 2026-cı ildə keçirilməsinə bir milyon manat ayrılıb
2 Dekabr 2024 11:58
2 751
Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi İctimai Birliyi ölkəmizdə keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası ərəfəsində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Azərbaycan gənclərinin iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığı” layihəsini icra edib.
Layihədə iki istiqamətdə fəaliyyətlər nəzərdə tutulub: maarifləndirici nəşr, eləcədə əyani maarifləndirmə işinin aparılması.
Layihə çərçivəsində nəşr edilən kitabçada (ingilis dilində) iqlim dəyişikliyinin aradan qaldırılması və ekoloji tarazlığın qorunub saxlanılması istiqamətində zəruri səylər, Azərbaycan Respublikası ərazisinin təbii və coğrafi şəraitinin unikallığı, flora və faunası barədə mühüm məqamlar, iqlim dəyişikliyi ilə mübarizə sahəsində ölkəmizin üzərinə götürdüyü öhdəliklər və bu istiqamətdə icra olunan layihələr; Qarabağın 30 illik işğalının ekoloji fəsadları – ekoloji terror barədə zəruri məlumatlar yer alıb. Eyni zamanda COP29 ərəfəsində tələbə gənclər üçün təlim kursları təşkil edilib.
Təlimlər Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Texniki Universitetində fəal tələbə gənclərin iştirakı ilə baş tutub. Layihəyə cəlb edilmiş ekspert, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov gənclərlə COP29-un əhəmiyyəti, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə rolu və sair bu kimi zəruri maarifləndirmə işi aparmış, ümumilikdə 105 gənc ölkəmizə səfər edən xarici gənclərlə ünsiyyət və ölkəmzin təbliği üçün tam məlumatlandırılıblar.
Cavid
17:30
854
15:36
966
14:28
1 092