Alimlərimiz Türkiyədə elmi simpoziumda iştirak ediblər Hadisə

Alimlərimiz Türkiyədə elmi simpoziumda iştirak ediblər

Bu yaxınlarda Türkiyə Cümhuriyyətinin Mersin şəhərində Mersin Üniveristeti (MEÜ) ilə Mersin Akademi Danışmanlığının iş birliği və Uluslararası Akdeniz Sempozyumu Genel Koordinatoru prof. dr. Durmuş Ali Arslanın kordinatorluğu ilə "I. ULUSLARARASI AKDENİZ" simpoziumu keçirildi. Simpozium nəinki Mersində, eləcə də Türkiyədə son illərin ən böyük tədbirlərindən və ən mühüm hadisələrindən biri olub, Mersinin və Türkiyənin elmi-ədəbi və mədəni-siyasi həyatında mühüm rol oynadı. Konfrans üç gün ərzində – 1-3 noyabr tarixlərində Mersin Universitesinin prof. dr. Uğur Oral Kültür Mərkəzinin iclas salonlarında baş tutdu.
Simpozyumda Türkiyə, KKTC, eləcə də Azərbaycan, Rusya, Qaqauz-eli - Moldova, Qazaxıstan, Özbəkistan və başqa ölkələrdən gəlmiş alim və tədqiqatçılar iştirak edirdilər. Görkəmli elm adamlarının və tədqiqatçıların qatıldığı simpoziumda 350-dən çox məruzə dinlənildi. İclaslar Oral Kültür Mərkəzinin Antaliya, Osmaniyyə, Adana, İsparta, Hatay və Burdur salonlarında gerçəkləşdirildi.
Simpoziuma Azərbaycandan gələn nümayəndə heyəti 5 nəfərdən ibarət idi. Onlardan 3 nəfəri Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun alimləri: "Mifologiya" şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Rzasoy, "Mərasim folkloru" şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılov, "Müasir folklor" şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov idi. Onlarla yanaşı, "I. ULUSLARARASI AKDENİZ" Simpoziumunda AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimova və AMEA-nın İctimaiyyətlə Əlaqələr İdarəsi, "Mətbuat orqanları" şöbəsinin əməkdaşı, tədqiqatçı Vaqif Orucov da iştirak edirdilər.
I Uluslararası Akdeniz ve Uluslararası Mersin Sempozyumları öz işinə mart ayının 1-də Mersin Üniversitesinin Prof. Dr. Uğur Oral Kültür Mərkəzinin Böyük ic¬las salonunda açılış açılış törəni ilə başladı. Kültür Mərkəzində düzənlənən simpoziumda çıxış edən Mersin Valisi Ali İhsan Su, Mersinin bir çox sahələrdə çox önəmli potensiala malik olduğunu qeyd edərək simpoziumun işinə uğurlar arzuladı.
Mersin Üniveristetinin (MEÜ) rektoru prof. dr. Ahmet Çamsarı isə belə simpoziumları hər il davamlı olaraq düzənləməyi planlaşdırdıqlarını söylədi. Simpoziumun Genel Koordinatoru prof. dr. Durmuş Ali Arslan simpozium iştirakçılarını təbrik etdi, uğurlar arzuladı. O, simpoziumun bu cür geniş tərkiblə keçirilməsinin mühüm elmi-sosial əhəmiyyət daşıdığını xüsusi olaraq vurğuladı və məruzə ediləcək məqalələrin əhatə dairəsinin geniş olmasından, onların elmi əhəmiyyətindən ətraflı bəhs etdi. Açılış iclasının sonunda Mersin Valisi Ali İhsan Su 4 nəfərə, o cümlədən Azərbaycandan olan iştirakçı, "Mərasim folkloru" şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılova "Türk Dünyasına Hizmet ödül"ünü təqdim etdi.
Simpozium açılış iclasından sonra öz iclaslarını Mersin Üniverisitetinin Prof. Dr. Uğur Oral Kültür Merkezi`nin Antaliya, Osmaniyyə, Adana, İsparta, Hatay və Burdur salonlarında gerçəkləşdirdi. Uğur Oral Kültür Merkezinin Mərkəzinin müxtəlif ic¬las salonlarında Türkiyənin və digər xarici ölkələrin tanınmış elm adamları ilə yanaşı, Azərbaycanı təmsil edən alim və tədqiqatçılar da məzmunlu məruzələrlə çıxış etdilər. İclaslarda AMEA Folklor İnstitutunun "Mifologiya" şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Rzasoy "Azərbaycan dastanlarıvə onun inkişaf mərhələləri", institutun "Mərasim folkloru" şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılov "Oğuznamə" epik ənənəsində islami görüşlər", Folklor İnstitunun "Müasir folklor" şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov "Kipr Türk şairi Osman Türkayın poeziyasında Akdəniz mövzusu", AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimova "Azərbaycan folklorunda Qurban bayramı və əcdad kultu Şimal bölgəsi örnəklərində" mövzusunda məruzə etdilər. Noyabrın 3-də Mersin Üniversitesinin Prof. Dr. Uğur Oral Kültür Mərkəzində "I ULUSLARARASI AKDENİZ" Simpoziumunun bağlanış iclası keçirildi. Bağlanış iclasında bu Beynəlxalq tədbirin işi dəyərləndirildi. Bağlanış iclasından sonra qonaqlar Mersin şəhərinin bir sıra görməli yerlərini gəzdilər. Noyabr ayının 4-də simpozyum iştirakçıları öz vətənlərinə yola salındılar.
Tahir Orucov,
filologiya üzrə fəlsəfə doktoru, dosent