Təhsil Nazirliyi saxta məlumatlarla bağlı vətəndaşlara müraciət edib Hadisə
- 1 Aprel 2020 16:41
- 1 183
“Sosial şəbəkələr bir tərəfdən doğru xəbərlərin yayılma sürətinə necə müsbət təsir edirsə, yanlış və təxribat xarakterli məlumatların ötürülməsinə də bir o qədər geniş imkan yaradır”.
Bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib. O deyib ki, təhsillə bağlı xəbərlər adətən kütləvi xarakter daşıyır və hər bir Azərbaycan ailəsinə təsir edir, çünki bir çox ailələrdə ən azı bir şagird, tələbə və ya müəllim var: “Mart ayı ərzində təhsil müəssisələrində fasilə müddətinin uzadılmasına, tələbə və şagirdlərə aid bir sıra digər məsələlərə dair bir neçə dəfə yanlış məlumatlar, o cümlədən Nazirlər Kabinetinin və Təhsil Nazirliyin rəsmi saytından “skrinşotlar” və sair yayılıb. Hər dəfə bununla bağlı Təhsil Nazirliyi məlumatın yanlış olduğunu, bu hərəkətlərin hüquqi məsuliyyət yaratdığını və bütün vətəndaşların yalnız rəsmi məlumatlara istinad etməyini dönə-dönə vurğulayıb. Lakin bu gün yenidən bu saxta məlumatların kütləvi şəkildə yayılmasına başlanıb”.
Nazir müşaviri qeyd edib ki, bu hərəkətlərin arxasında duran insanlardan cəmi 2 xüsusiyyət tələb olunur: “Bunlardan biri internetə çıxışın olması, biri isə vicdanın olmamasıdır. Hamımıza məlum olan yaranmış vəziyyətdə vətəndaşlarımızın məsuliyyətli və həmrəy olması sağlamlığımız uğrunda apardığımız mübarizənin vacib şərtidir. Sağlamlıq həm fiziki, həm də psixi sağlamlıq deməkdir. Saxta məlumat psixi sağlamlığı pozur, çaşqınlıq yaradır, insanın vaxt və enerjisini lüzumsuz sərf edir.
Bu həmrəyliyin bir təzahürü olaraq hər birinizdən xahiş edirəm ki, mənbəyi bəlli olmayan məlumatları (skrinşot, səs yazısı, elektron yazışma və sair) sosial şəbəkə üzərindən bir-birinizə ötürməyin. Məlumatın doğruluğuna özünüz əmin deyilsinizsə, onu sms-lərə, Feybsuka, Votsaplara, Teleqramlara, İnstaqramlara və daha hansı qramlara kütləvi şəkildə paylaşmayın. Bunu etməklə, siz təxribatı törədən şəxsin alətinə çevrilirsiniz və bu prosesdə özünüz bilmədən fəal iştirak edirsiniz” – deyə nazir müşaviri bildirib.
E.Məmmədov əlavə edib ki, məlumatın doğru olub-olmamasını dərhal yoxlamaq üçün dövlət orqanlarının (o cümlədən, Təhsil Nazirliyinin) rəsmi internet və sosial şəbəkələrdəki səhifələrinə istinad edilməlidir. Qəbul olunmuş qərarlar təxirəsalınmadan rəsmi internet resurslarına yerləşdirilir.
-
Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb
-
Paşinyan: Almatı Bəyannaməsinin sülh müqaviləsinə daxil edilməsi XİN başçılarının görüşündə müzakirə olunmalıdır
-
Deputat qəzet köşklərində siqaret satılmasına qarşı çıxıb
-
Putin rəsmi olaraq beşinci dəfə Rusiya prezidenti vəzifəsinin icrasına başlayıb - YENİLƏNİB
-
Sabir Rüstəmxanlı: 3-4 manatlıq arağa baxanda bilinir ki, saxtadır, bəs, buna lisenziyanı kim verir?
-
Sabahın hava proqnozu
-
"Ermənistanda kilsənin siyasi etirazları nəticə verməyəcək"
-
Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır - Qüdrət Həsənquliyev
-
“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib
-
Borrell İsrailin Rəfahdakı əməliyyatından narahatdır
-
ABŞ səfiri Rusiyanı tərk edib
-
Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsiylə əlaqədar pul kompensasiyası ödəniləcək
-
Qüdrət Həsənquliyevdən mühüm təklif
-
Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi nüfuzu müstəqilliyimizin daimiliyini təmin etdi
-
Yaşı 100 və 100-dən daha çox olan pensiyaçıların sayı açıqlanıb
-
“Ümummilli lider hakimiyyətə gəldikdən sonra Azərbaycan iqtisadiyyatı 5 dəfə böyüyə bildi”
-
“İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərində də Fond fəal iştirak edir”
-
Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür
-
Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
-
Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib
-
Qadın sahibkarlığın inkişafı ilə bağlı 50 milyon manatdan çox güzəştli kredit verilib - Nazir müavini
-
“Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə çox böyük işlər, hümanitar aksiyalar həyata keçirilib”
-
“Heydər Əliyev Fondu şəhid ailələri, müharibə veteranları və müharibə əlillərini hər zaman diqqətdə saxlayır”
-
Traktor Fulada qarşı qalib gəlib
-
Ərdəbildə su böhranı- Sudan istifadədə qənaət etməyə çağırıldı
-
Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
-
Azərbaycan artıq 4-cü DİM hesabatını hazırlayan az ölkələrdən biridir - Sahib Məmmədov
-
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu göndərib
-
“Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır”
-
İqtisadiyyat qadınları az cəlb etdikcə hər il trilyonlarla dollar itirilir - Bahar Muradova
-
Əli Əhmədov: Azərbaycan BMT qarşısında 100-120 milyon insan ölümünün qarşısını alacaq təşəbbüs irəli sürüb
-
Azərbaycan və Slovakiya arasında münasibətlər inkişaf edir - Yusif Abdullayev
-
Tatar BMT Baş katibinin xüsusi nümayəndəsi ilə görüşəcək
-
Milli Məclisin iclası başlayıb
-
QHT növbəti layihəsinin icrasına başlayıb
-
DİM qlobal təhdidlərlə üzləşib - Baş nazirin müavini
-
Güneyli aktivistə məzuniyyət verilib
-
Qaşqayil türkləri Azərbaycana dəstək verdi- Bu, bizə qarşı təhdiddir
-
Bakıda minik və yük maşını toqquşub, xəsarət alan var - VİDEO
-
İsmayıllı-Qəbələ yolunda avtomobil ağaca çırpılıb - FOTO
-
"Azərbaycan karbohidrogenlərin hasilatı və emalı üzrə dünya liderlərindən biri kimi tanınır"
-
Bakıda 4-cü DİM Dialoqu keçirilir
-
ARDNF "Şahdəniz"dən əldə etdiyi gəlirlərin həcmini açıqlayıb
-
Rusiya indiyə qədər 476 460 hərbçisini itirib
-
Azərbaycan və Slovakiya şirkətləri əməkdaşlıq memorandumları imzalayıb
-
Tərtərdə məktəblilər arasında dava ölümlə nəticələnib
-
Nazir: Slovakiya ilə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni nəzərdən keçiririk
-
Konyada "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir
-
Vaşinqton Gürcüstana xəbərdarlıq edib
-
Trampın məhkəmə prosesi qəsdən uzadılır
-
Makron və Leyen Si Cinpinin Rusiyaya təsir göstərməsinə çalışıblar
-
Nyu-York birjasında təbii qaz yenidən ucuzlaşıb
-
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
-
İsmayıllıda ev yanıb
-
Bu günə olan valyuta məzənnələri
-
Tokayev: “Qazaxıstan ilk növbədə milli maraqların qorunmasına üstünlük verir”
-
İsrail tankları Rəfaha girib, keçid məntəqəsi fəaliyyətini dayandırıb - YENİLƏNİB
-
AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif
-
Qusarda 32 yaşlı qadın dəm qazından boğularaq ölüb
-
Bakıda "Prius" piyada qadını öldürüb