Emin Həsənli: “Qadın fədakarlığının qarşılığı yoxdur” Hadisə

Emin Həsənli: “Qadın fədakarlığının qarşılığı yoxdur”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbiçilər Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli artıq 10 ilə yaxındır ki, 8 Mart Beynəlxalq Qadınlar Günündə şəhid analarını və onların ailə üzvlərini, QHT rəhbəri olan xanımları təbrik edir, onlara hədiyyələr verir.

Emin Həsənli hər zaman olduğu kimi bu il də öz ənənəsinə sadiq qalıb.

Emin Həsənlinin qənaətinə görə, 8 Mart Beynəlxalq Qadınlar bəşəriyyətin ən böyük bayramlarından biridir: “Əslində ilin bütün günləri qadınların günüdür. Qadınlarsız həyatın nəyinki bir günü, bir anı belə ola bilməz. Əgər olarsa belə, ən solğun və ən dəyərsiz bir an olar. 8 Mart eyni zamanda kişilər üçün çox önəmi bir gündür. Qadınların cəmiyyətdə, ailədə, həyatın bir çox sahələrində müstəsna, əvəzolunmaz rolunu bu gün xüsusi olaraq bilirlər. 8 Mart eyni zamanda qadınların əməyinin heç olmasa 1% qiymətləndirmək üçün kişilərə verilən çox böyük bir şansdır. Xanımların əməyini yarısını qiymətlərdirmək, onların fədakarlığını tam anlamaq və dəyərləndirmək mümkün deyil. Onların fədakarlığının bu dünyada maddi və mənəvi qarşılığı yoxdur. 8 Martda xanımları təbrik etmək şansı əldə etiyimizə görə biz kişlər çox xoşbəxtdik. Mən ilin ən böyük şansından istifadə edərək, Sizi 8 mart beynəlxalq qadınlar günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram.Allah sizi və yaxınlarınızı qorusun”.
QHT rəhbərləri adından Emin Həsənliyə təşəkkür edən Müharibə Veteranlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas, öz növbəsində onun doğmalarını və yaxınları olan xanımları ürəkdən təbrik edib: “Qoy üzünüzdən gülüş, könlünüzdən sevinc əsgik olmasın”.