Pakistanda məscid yaxınlığında baş verən partlayışda 15 nəfər həlak olub
Pakistan İrandan hüsilərin Səudiyyə Ərəbistanına hücumlarını dayandırmağı xahiş edib
Mənimsəmədə ittiham olunan sabiq hərbi vəzifəli şəxslərin məhkəməsi başlayıb
Avropa İttifaqı Əlişir Usmanovla bağlı sanksiya kompromisi axtarır
15 Fevral 2022 11:53
2 891
Azərbaycanla Türkiyə arasında daha bir sənəd Milli Məclisdə təsdiq edilib.
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.
İclasda sənədin iki qardaş ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyi qeyd olunub.
Sənəd Tərəflər arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, idxal və ixrac olunan qida məhsullarının təhlükəsizliyinin təmin olunması və qida sektorunda Tərəflərin ticarət əlaqələrinin mövcud potensialının artırılması məqsədilə hazırlanıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul olunub.