“Azərbaycanın strateji əhəmiyyəti artır”
15 Noyabr 11:47
15 Noyabr 11:47
4 Avqust 2025 14:43
5 831
ABŞ prezidenti Donald Tramp Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün təşəbbüs göstərir. Avqustun 10-da Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtona dəvət olunduğu bildirilir.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, ötən həftə ABŞ-ın yüksək səviyyəli diplomatları prezident Trampın tapşırığı ilə Bakıda olublar. Görünür, amerikalı rəsmilər Bakının ardınca İrəvana da səfər ediblər. Bu xüsusi missiyanın əsas məqsədi Azərbaycan və Ermənistan arasında sülh prosesini sürətləndirməkdir:
"Tərəflər Vaşinqton görüşündə sülh müqaviləsinin mətnini paraflaya bilərlər. Yekun sülh sazişinin bağlanması isə Ermənistan Konstitusiyasına dəyişikliklər və ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması ilə müşayiət oluna bilər. Vaşinqton görüşü baş tutarsa, Minsk qrupunun buraxılması barədə birgə bəyanat imzalanması real variantlardan biridir.
ABŞ-ın Cənubi Qafqazda fəallaşması həm də regionda öz geosiyasi mövqelərini gücləndirməyə yönəlib. Bunun tərkib hissəsi olaraq Ermənistanda keçirilən birgə hərbi təlimlər də Rusiyanın mümkün təxribatlarının qarşısını almağa hesablanıb".
Cavid
15 Noyabr 11:47
3 325
14 Noyabr 11:50
1 428
14 Noyabr 11:27
2 338