10 İyun 12:08
2 247
ABŞ səfirliyi Yaxın Şərqdəki gərginliyin artması fonunda öz əməkdaşlarının İsrail ərazisində hərəkətinə məhdudiyyətlər tətbiq edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin bəyanatında deyilir.
Amerika dövlət qulluqçularına İsrailin Livan, Misir və Qəzza zolağı ilə sərhədyanı rayonlarına baş çəkmək qadağan edilib. Bundan əlavə, diplomatların İordan çayının qərb sahilinin əksər bölgələrinə səfərləri də qadağan olunub.
Məryəm Quliyeva