“Soros Fondunun regionda dayaqları zəifəyib” İqtisadiyyat

“Soros Fondunun regionda dayaqları zəifəyib”

"Son illər ərzində Corc Soros Fondunun regionda dayaqları zəifəyib. Azərbaycanda bu fond ümumiyyətlə fəaliyyət göstərmir, Rusiyada da onun fəaliyyəti nəzərə çarpacaq qədər deyil". Bunu politoloq İlqar Vəlizadə Corc Soros Fondunun regionda çevriliş etmək istəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, Corc Soros Fondunun əsas prinsipi əməkdaşlığa bənzər vəziyyət yaratmaq, amma əslində əməkdaşlığı sifarişlə həyata keçirməkdən ibarətdir: "Fərziyələr onu göstərir ki, bu kimi qurumlar dövlət çevrilişi kimi proseslərlə təkan vermək də maraqlıdırlar. Onlar planlarını demokratiya adı altında "fəaliyyət" göstərərək həyata keçirməyə çalışırlar. Bəzən ölkələrdə fəaliyyət göstərən müəyyən QHT-lər var ki, onlar bu kimi fondların proqramını həyata keçirirlər. Yəni onlar sifariş verən, vətəndaş cəmiyyətinin təmsilçiləri isə sifarişi yerinə yetirən olurlar. Lakin vətəndaş cəmiyyətinin sözü bir o o qədər keçərli olmadığı üçün sifariş verən tərəf öz fəalityətini dayandırmalı olur. Belə olan halda, Soros kimi fondlar və qurumlar öz istəklərini yerinə yetirmək üçün pul müqabilində kimlərinsə əli ilə istəklərini yerinə yetirməyə cəhd edirlər. Bu da kənardan müdaxilə kimi görünür. O ki qaldı Corc Soros Fondunun regionda hər hansı plan həyata keçirməsinə, hazırda onun regionda təsir gücü həddindən artıq zəif olduğu üçün bunun reallaşması mümkün deyil".