İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
11 Dekabr 2024 10:25
3 136
Təkrar gəlirlər balansı mütəmadi olaraq profisitlidir. Bu ilin üçüncü rübündə təkrar gəlirlər balansının müsbət saldosu 491milyon dollar olub.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov keçirdiyi brifinqdə deyib.
O bildirib ki, 2024-cü ilin üçüncü rübündə ölkəyə daxil olan pul baratlarının həcmi 848,5 milyon dollar təşkil edib.
Ölkəyə pul baratları daxil olan ilk beş ölkəyə Rusiya ( 411mln. dollar), Türkiyə (130 mln. dollar),ABŞ (48 mln. dollar), Gürcüstan (27 milyon dollar) və BƏƏ (26 milyon dollar) daxildir.
Samir Nəsirov həmçinin, bu dövrdə Azərbaycandan xaricə göndərilən pul baratlarının 408 milyon dollar təşkil etdiyini açıqlayıb. Burada Türkiyəyə 118 mln dollar, ABŞ 45 mln. dollar, Rusiyaya 41 mln. dollar, Gürcüstan 36 mln. dollar və 22 mln. dolları köçürmələr olub.
09:51
1 078
17 Yanvar 15:04
1 855
17 Yanvar 12:16
1 687