16:48
371
Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Bu barədə A.Ç.Kılıç sosial media hesabında paylaşım edib.
Prezident iqamətgahında baş tutan görüşdə Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və regional əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.
Tərəflər Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesi, həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün gündəliyinə, həmçinin Cənubi Qafqazda kommunikasiya layihələri, bölgədəki təhlükəsizlik vəziyyəti və Avropa Birliyinin regiona dair yanaşması daxil edilib.
Akif Çağatay Kılıç vurğulayıb ki, Cənubi Qafqazda qalıcı sülhün, sabitliyin və əməkdaşlığın gücləndirilməsi üçün beynəlxalq tərəfdaşlarla ortaq səylərin davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir.
15:35
735
15:00
854
13:56
2 597