Fidan: ABŞ və İran əslində müharibəni dayandırmaq istəyirlər
“ATƏT-in Minsk qrupu kimi fəaliyyətsiz qurumlar tarixə qovuşdu”
BP-nin baş icraçı direktorunun Azərbaycana səfəri çərçivəsində iki sənəd imzalanıb
Qətər: "İran Hörmüz boğazını şantaj vasitəsinə çevirməməlidir"
Fidan: Hörmüz boğazının açılması qlobal iqtisadiyyat üçün zəruridir
14:49
483
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan qeyd edib ki, Hörmüz boğazının blokadasının davam etməsi dünya iqtisadiyyatına və enerji təhlükəsizliyinə böyük təzyiq göstərir və bu problem həll olunmalıdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fidan Qətərdə həmkarı Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Boğazın bağlanması dünya iqtisadiyyatına, enerji təhlükəsizliyinə, regiondakı iqtisadi və siyasi sabitliyə böyük təzyiq göstərir. Bütün dünya hökumətləri bu iqtisadi təzyiqi tam şəkildə hiss edirlər. Buna görə də dünya birliyinin səyləri ən qısa zamanda razılığa gəlməyə, boğazı açmağa və gəmiçiliyin təhlükəsizliyini təmin etməyə yönəlib", — deyib.
Türkiyəli nazir ABŞ və İran arasındakı münaqişənin nizamlanmasında Pakistanın vasitəçilik səylərini yüksək qiymətləndirib.
"Biz davam edən danışıqlarda Pakistanın mövqeyini tamamilə dəstəkləyirik və bu məsələdə mümkün olan hər cür köməkliyi göstərməyə hazırıq. Müharibənin yenidən başlamamasını istəyirik, çünki bu, həll yolu deyil. Müharibə təkcə regiona deyil, bütün dünyaya qeyri-sabitlik, iqtisadi itkilər və potensial dağıntılar gətirir. Ümid edirik ki, diplomatiya nəticə verəcək və biz dostlarımız, müttəfiqlərimizlə birlikdə bunun üçün əlimizdən gələni edirik", — deyə Fidan əlavə edib.
Məryəm Quliyeva