Mayın əvvəlindən bəri Hörmüz boğazından 800-dən çox ticarət gəmisi keçib
Ukraynanın üç regionunda elektrik enerjisinin kəsilməsi qeydə alınıb
ABŞ-nin İrana yeni zərbələri qeyri-rəsmi olaraq "Şillə" əməliyyatı adlandırılıb
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək
“Münasibətlərin tam normallaşdığını söyləmək hələ mümkün deyil”
9 İyul 07:36
1 743
İran Məclisinin (parlamentinin) sədri Məhəmməd Baqir Qalibaf ABŞ Silahlı Qüvvələrinin İslam Respublikasına endirdiyi yeni zərbələrdən sonra bəyan edib ki, Hörmüz boğazı Vaşinqtonun təhdidləri altında deyil, yalnız Tehranın şərtləri yerinə yetirildikdən sonra açılacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qalibaf "X" sosial şəbəkəsində yazıb.
"Mənasız yerə çabalamağa dəyməz, əks halda suyun altına daha da dərindən batacaqsan: Hörmüz boğazı Amerikanın təhdidləri altında deyil, yalnız "İranla razılaşmalar" yerinə yetirildiyi təqdirdə açılacaq", — deyə o, bildirib.
O vurğulayıb ki, ABŞ-nin qorxutmaq cəhdləri və vədlərini pozması artıq nəticəsiz qalmır. "Açıq deyirəm: əgər zərbə vursan, cavab zərbəsi alacaqsan", — deyə Qalibaf əlavə edib.
Məryəm Quliyeva