Azərbaycana gətirilən məhsulların 19,8 faizi dəmir yolu nəqliyyatı ilə daşınıbİqtisadiyyat
27 Mart 2020 11:25
2 835
Yanvarda Azərbaycana idxal olunan məhsulların 19,8 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, idxalın 63 faizini avtomobil, 10,5 faizini hava, 6,7 faizini isə dəniz nəqliyyatı ilə gətirilən yüklər təşkil edib.