8 Fevral 2022 13:34
3 752
Bu gün "Binance" kriptovalyuta birjasında "Bitcoin"in dəyəri 45,4 min ABŞ dollarını üstələyib.
"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu, son bir ayda (yanvarın 5-dən) qeydə alınmış ən yüksək göstəricidir. Kriptovalyutanın kursu yanvarın 24-də 32,9 min dollara qədər enişdən sonra bərpa olunmağa davam edir. O vaxtdan bəri "Bitcoin" 37% bahalaşıb və onun bazar kapitalizasiyası yenidən 850 mlrd. dolları üstələyib.
Qeyd edək ki, "CoinMarketCap"in son məlumatlarına görə, "Bitcoin" son 24 saatda 2,9%, son bir həftədə isə 12,7% bahalaşaraq hazırda 43,8 min dollar civarında ticarət olnunur. Kriptovalyutanın kapitalizasiyası hazırda 829,1 mlrd. dollar təşkil edir. Son 24 saatda 33 mlrd. dollarlıq "Bitcoin" ticarət olunub.
19 Mart 17:53
4 158
19 Mart 16:15
2 422
19 Mart 13:47
2 583